Bolqarıstan Rusiyadan neft idxalını vaxtından əvvəl dayandırıb

Bolqarıstan Rusiyadan neft idxalını vaxtından əvvəl dayandırıb

Bolqarıstan martın 1-dən Rusiyadan neft idxalatını vaxtından əvvəl dayandırıb.

“Birxeber.Az” EFE-yə istinadən xəbər verir ki, iki ölkə arasında məsələyə dair razılaşma bu ilin sonunadək qüvvədədir.

Məlumata görə, Bolqarıstan parlamenti 2023-cü ilin sonunda bununla bağlı qərar qəbul edib. Sənədə əsasən, bu il yanvarın 1-dən Rusiyadan idxalın iki dəfə, fevralın 1-dən 25 faizədək azaldılması, martın 1-dən isə tam dayandırılmasını nəzərdə tutan qrafik təsdiq edilib.

Bildirilib ki, Bolqarıstan və bir sıra Avropa İttifaqı ölkələri Brüssel tərəfindən 2024-cü ilin sonuna qədər Rusiya Federasiyasından neft idxalına qoyulan qadağadan azad edilib. Bununla belə, respublika hökuməti Rusiya xammalından vaxtından əvvəl imtina etmək qərarına gəlib.

Bolqarıstandakı yeganə neft emalı zavodu 1999-cu ilin oktyabrında ölkədə fəaliyyətə başlayan LUKOIL-a məxsusdur. Burqasdakı zavodun gücü 8,8 milyon tondur. Şirkət, həmçinin ölkədə 500-dən çox yanacaqdoldurma məntəqəsi şəbəkəsini idarə edir.