Sumqayıt sakini qohumunu qətlə yetirib, daha sonra intihara cəhd edib - YENİLƏNİB

Sumqayıt sakini qohumunu qətlə yetirib, daha sonra  intihara cəhd edib - YENİLƏNİB

Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.

Sumqayıt şəhər prokurorluğundan Birxeber.Az-ya verilən xəbərə görə, martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində 1981-ci il təvəllüdlü Nicat Salahovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1976-cı il təvəllüdlü Ceyhun Rzayevin ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla qaynı Nicat Salahova xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra kimyəvi məhlul içərək özünü öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Ceyhun Rzayev saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

18:57

Martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində 1981-ci il təvəllüdlü Salahov Nicat Saleh oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Birxeber.Az-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilininən 1976-cı il təvəllüdlü Rzayev Ceyhun Alxan oğlu qətli törətdikdən sonra intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib. Qətlə yetirilən şəxslə C.Rzayev onun qohumu olub.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.