Masallıda iki "Mercedes" toqquşub, yaralılar var - FOTO

Masallıda iki "Mercedes" toqquşub, yaralılar var - FOTO

Masallıda yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran-Boradigah-Masallı magistralının Boradigah kəndi ərazisində baş verib.

Masallı rayonunun Hişkədərə kənd sakini 1973-cü il təvəllüdlü Rövşən Əliyev idarə etdiyi "Mercedes" markalı 99-GG-393 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən, Masallı rayonunun Türkoba kənd sakini 1992-ci il təvəllüdlü Nurlan Məmmədovun idarə etdiyi "Mercedes" markalı 44-CK-316 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Toqquşma nəticəsində 44-CK-316 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Nurlan Məmmədov və sərnişini Masallı rayonunun Türkoba kənd sakini 1984-cü il təvəllüdlü Coşqun Rzayev xəsarət alıblar.

Vəziyyəti ağır olan Nurlan Məmmədov Masallıda özəl klinikalardan birinə yerləşdirilib. Həkimlər ona kəllə beyin travması və üst çənə sümüyünün sınığı diaqnozu qoyublar.

Coşqun Rzayev Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.