Xarici diplom haqqında məlumatlar elektron hökumət portalına inteqrasiya olunub

Xarici diplom haqqında məlumatlar elektron hökumət portalına inteqrasiya olunub

Vətəndaşların xaricdə aldıqları təhsili təsdiq edən diplom haqqında məlumatlar “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalına inteqrasiya olunub.

Bu barədə "Birxeber"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, portalda xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) mərhələsini keçmiş xarici diplomlar haqqında məlumatlar əks olunur: "Bununla yanaşı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məzunları üçün nəzərdə tutulan arayış “myGov” portalında istifadəyə verilib. Hər iki xidməti vətəndaşlar “bütün xidmətlər” bölməsində, habelə “Qurumlar üzrə” Təhsil Nazirliyi tərəfindən təqdim edilən xidmətlər bölməsində əldə edə bilərlər. “myGov” vətəndaşlara bütün şəxsi məlumatlarını bir arada təqdim edərək rəqəmsal portfel rolunu oynayır. Hər bir vətəndaş “myGov”da “ASAN Login” üzərindən cəmi bir dəfə qeydiyyatdan keçməklə, öz şəxsi kabinetini yarada bilir. Şəxsi kabinetdə ailə tərkibi, iş yeri, diplomlar, cərimələr, yaşayış yeri, etibarnamələr, tələbə-məzun məlumatları, hərbi məlumatlar, daşınmaz əmlak məlumatları və digər şəxsi məlumatlar yer alır".

Qeyd edək ki, “myGov”a "COVID-19" vaksin, immunitet və əks-göstəriş sertifikatları inteqrasiya olunub. Vətəndaşlar şəxsi kabinetlərində aidiyyatı QR kodu "COVID-19" pasportu tələb olunan qurum və müəssisələrdə oxutdurmaqla rahat keçidlərini təmin edə bilirlər.

“myGov”da sənədlərin son etibarlılıq tarixi və digər mövzularda vətəndaşlara 21 növ bildiriş göndərilir ki, bu da vətəndaşları sənədlərin vaxtının bitməsi haqqında əvvəlcədən məlumatlandırır, vaxtı bitmiş sənədlərlə bağlı xoşagəlməz hadisələrin qarşısını alır.

“myGov” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən 2019-cu ildə yaradılıb. 2021-ci ildə portalın mobil tətbiqi istifadəyə verilib. Mobil tətbiqi, həm “iOS”, həm də “Android” əməliyyat sistemi istifadəçiləri aşağıdaki linklər vasitəsilə keçid edərək, yükləyib, istifadə edə bilərlər:

• "Android": https://play.google.com/store/apps/details?id=az.gov.my

• "iOS": https://apps.apple.com/az/app/mygov/id1533956540

Elm və təhsil Elm və təhsil
Bu gündən məktəblilərin qış tətili başlayır

Bu gündən məktəblilərin qış tətili başlayır

Elm və təhsil Elm və təhsil
Həftəsonu II və III qrupa 50 mindən çox abituriyent imtahan verəcək

Həftəsonu II və III qrupa 50 mindən çox abituriyent imtahan verəcək

Elm və təhsil Elm və təhsil
Martın 6-dan IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılacaq

Martın 6-dan IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılacaq

Elm və təhsil Elm və təhsil
AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi 6 ölkə ilə əməkdaşlıq edəcək

AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi 6 ölkə ilə əməkdaşlıq edəcək

Elm və təhsil Elm və təhsil
Cəlilabadda eramızdan əvvələ aid tarixi əşyalar tapılıb, AMEA-ya müraciət olunub

Cəlilabadda eramızdan əvvələ aid tarixi əşyalar tapılıb, AMEA-ya müraciət olunub

Elm və təhsil Elm və təhsil
Mayın 7-də keçiriləcək imtahanlarda 23 mindən çox şagird və məzun iştirak edəcək

Mayın 7-də keçiriləcək imtahanlarda 23 mindən çox şagird və məzun iştirak edəcək

Elm və təhsil Elm və təhsil
Cəlilabadda qəzalı olan məktəb üçün yeni binanın tikintisinə başlanılıb

Cəlilabadda qəzalı olan məktəb üçün yeni binanın tikintisinə başlanılıb

Elm və təhsil Elm və təhsil
Qida blokunda nöqsanlara görə 6 məktəb direktoruna töhmət verilib, 168-nə xəbərdarlıq edilib

Qida blokunda nöqsanlara görə 6 məktəb direktoruna töhmət verilib, 168-nə xəbərdarlıq edilib

Elm və təhsil Elm və təhsil
Güclü geomaqnit qasırğası müşahidə olunur 

Güclü geomaqnit qasırğası müşahidə olunur 

Elm və təhsil Elm və təhsil
Bakıda müəllim və şagirdlərin sayı açıqlanıb

Bakıda müəllim və şagirdlərin sayı açıqlanıb

Elm və təhsil Elm və təhsil
Dövlət qulluğuna qəbul imtahanında 1 134 nəfər uğur qazanıb

Dövlət qulluğuna qəbul imtahanında 1 134 nəfər uğur qazanıb

Elm və təhsil Elm və təhsil
Bu gün 14 mindən çox şagird və məzun imtahan verir

Bu gün 14 mindən çox şagird və məzun imtahan verir