MN: İndiyədək 36 260 ha mina və PHS-lərdən təmizlənib - VİDEO

MN: İndiyədək 36 260 ha mina və PHS-lərdən təmizlənib - VİDEO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində cari ilin əvvəlindən mart ayının 1-dək 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

İşğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 36 260 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10 440 ədəd piyada əleyhinə, 3301 ədəd tank əleyhinə mina və 12 693 ədəd partlamamış döyüş sursatı aşkar olunub.

Aşkar olunmuş mina və partlamamış döyüş sursatları, o cümlədən kustar üsullarla hazırlanmış partlayıcılar xüsusi təyin olunmuş yerlərdə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla partlatma və yandırma üsulları ilə məhv edilir.

Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilir.

Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.