Nazir: CQD Məşvərət Şurasının tarixində ən böyük iclası keçirildi

Nazir: CQD Məşvərət Şurasının tarixində ən böyük iclası keçirildi

Bu il Cənub Qaz Dəhlizi Məşvərət Şurasının tarixində ən böyük və möhtəşəm iclası keçirildi.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, tədbirə Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, bir sıra beynəlxalq təşkilat və enerji şirkətləri qatılıb, bu da böyük bir göstəricidir.

Nazir onu da əlavə edib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası ilə yanaşı, Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası keçirilib. Tədbirlər zamanı vacib qərarlar verilib, müvafiq sənədlər imzalanıb.