Azərbaycan bu il qaz ixracını artıracaq

Azərbaycan bu il qaz ixracını artıracaq

Azərbaycan bu il təqribən 48 mlrd. kubmetr qaz hasil etmək planlaşdırır, bunu da təqribən yarısı ixraca yönəldiləcək.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, cari ildə ölkədən Gürcüstan, Türkiyə və Avropa ölkələrinə təqribən 24 mlrd. kubmetr qazın ixracı nəzərdə tutulub.

Nazir onu da qeyd edib ki, bu il qazın ixracında müəyyən artım gözlənilir.