Azərbaycan Basketbol Liqası: "Xəzri" klubu liderliyə yüksəlib

Azərbaycan Basketbol Liqası: "Xəzri" klubu liderliyə yüksəlib

Azərbaycan Basketbol Liqasında XII tura start verilib.

"Birxeber.Az" xəbər verir ki, günün ilk matçında “Xəzri” və “Cəlilabad” komandaları üz-üzə gəliblər.

“Sərhədçi” İdman Mərkəzində gerçəkləşən görüş paytaxt təmsilçisinin 100:81 hesablı qələbəsi ilə bitib. Bu gün həmçinin “Sabah” - “Xırdalan” oyunu keçiriləcək.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 22 xalla “Xəzri” başçılıq edir. Altıncı pillədə qərarlaşan “Cəlilabad”ın hesabında 16 xal var.