Albaniya Baş naziri: COP29-la bağlı məşəlin Azərbaycan tərəfindən götürülməsi böyük göstəricidir

Albaniya Baş naziri: COP29-la bağlı məşəlin Azərbaycan tərəfindən götürülməsi böyük göstəricidir

"COP ilə bağlı məşəlin Azərbaycan tərəfindən götürülməsini və tədbirə ev sahibliyi etməsini nəzərdə tuturam. Bu, böyük göstəricidir".

Birxeber.Az xəbər verir ki, bunu Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı Albaniyanın Baş naziri Edi Rama deyib.

“Çünki qazıntı yanacağı ilə zəngin bir ölkə qərar verir ki, gəlin hamımız birlikdə düşünək - yaşıl enerjiyə keçid necə real və bütün dünya üçün faydalı ola bilər. Bu mənada Azərbaycan və bu tədbirə ev sahibliyi edən dəyərli şəxs ən yüksək təqdirə layiqdir" – o bildirib.