Bakıda Azərbaycan və Rusiya baş nazirlərinin görüşü olub

Bakıda Azərbaycan və Rusiya baş nazirlərinin görüşü olub

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Bakıda görüşü olub.

Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, baş nazirlərin əvvəlcə təkbətək formatda keçirilmiş görüşü daha sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Söhbət zamanı müxtəlif sahələrdə Azərbaycan-Rusiya münasibətlərinin inkişafından məmnunluq ifadə edilib.

Görüşün yekunlarına əsasən bir sıra ikitərəfli sənədlərin imzalanması fəal və səmərəli işin məntiqi nəticəsi kimi qiymətləndirilib. Əminliklə bildirilib ki, bu sənədlər iqtisadi-ticari, nəqliyyat və səhiyyə sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacaq.

İqtisadi əlaqələrin durmadan inkişaf etməsi xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, cari ilin 10 ayı ərzində qarşılıqlı ticarətin həcmi təqribən 20 faiz artıb və 3 milyard dollara yaxın olub.

İnvestisiya əməkdaşlığını daha da inkişaf etdirməyin vacibliyi vurğulanıb. Bununla əlaqədar iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin yaradılmasında, əməkdaşlığın inkişafında Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının fəal rolu xüsusi qeyd edilib.

Nəqliyyat-tranzit sahəsində əməkdaşlığın davamlı inkişafından məmnunluq ifadə olunub. Vurğulanıb ki, bu ilin əvvəlindən Azərbaycan ilə Rusiya arasında yükdaşımaların ümumi həcmi təqribən 22 faiz artıb.

Azərbaycandan keçən nəqliyyat dəhlizləri vasitəsilə Rusiya yüklərinin tranzit daşınmasının əhəmiyyətli dərəcədə artması qeyd edilib. Bildirilib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında bu artım 98 faizə bərabər olub.

Tərəflər bu fikirlə razılaşıblar ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi prioritet əhəmiyyət kəsb edir. Bu dəhlizin inkişaf etdirilməsi məqsədilə iki ölkənin əlaqələndərilmiş şəkildə fəaliyyətindən məmnunluq ifadə olunub.

Azərbaycan torpaqları işğaldan azad ediləndən sonra regionda yaranmış yeni əməkdaşlıq imkanlarının əhəmiyyəti xüsusi qeyd edilib, o cümlədən Zəngəzur dəhlizinin vacibliyi vurğulanıb.

Görüşdə sənaye sahəsi ikitərəfli münasibətlərin əsas istiqaməti kimi səciyyələndirilib. Azərbaycanda birgə layihələrin, o cümlədən kommersiya yük avtomobillərinin istehsalı və yığılması, dərman preparatlarının istehsalı üzrə birgə layihələrin uğurla həyata keçirilməsi qeyd edilib.

Neft-qaz sahəsində əməkdaşlığın müsbət məcrada inkişafı və bərpaolunan enerji mənbələri sahəsində qarşılıqlı fəaliyyətin perspektivləri vurğulanıb.

Mədəni-humanitar və regionlararası əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluq ifadə edilib.

Tərəflər qarşılıqlı faydalı əməkdaşlığın bütün spektri üzrə səyləri daha da artırmaq əzmində olduqlarını bildiriblər.

Görüşün yekunlarına əsasən bir sıra sənədlər imzalanıb.

Xarici siyasət Xarici siyasət
Azərbaycanın əlavə xilasetmə qrupu da Türkiyəyə ezam olunacaq

Azərbaycanın əlavə xilasetmə qrupu da Türkiyəyə ezam olunacaq

Xarici siyasət Xarici siyasət
Azərbaycandan təyyarə ilə yola salınan növbəti humanitar yardım Türkiyəyə çatıb 

Azərbaycandan təyyarə ilə yola salınan növbəti humanitar yardım Türkiyəyə çatıb 

Xarici siyasət Xarici siyasət
Ankarada Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı konfrans keçirilib

Ankarada Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı konfrans keçirilib

Xarici siyasət Xarici siyasət
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb

Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Meksika mətbuatında Ermənistan tərəfinin böhtanları ifşa edilib

Meksika mətbuatında Ermənistan tərəfinin böhtanları ifşa edilib

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti Avropa Siyasi Birliyinin sammitinə gəlib

Azərbaycan Prezidenti Avropa Siyasi Birliyinin sammitinə gəlib

Xarici siyasət Xarici siyasət
İsveç Kralı İlham Əliyevi təbrik edib

İsveç Kralı İlham Əliyevi təbrik edib

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Xarici siyasət Xarici siyasət
ABŞ Hərbi Dəniz Qüvvələri 5-ci Donanmasının nümayəndəsi Prezident İlham Əliyevi təbrik edib

ABŞ Hərbi Dəniz Qüvvələri 5-ci Donanmasının nümayəndəsi Prezident İlham Əliyevi təbrik edib

Xarici siyasət Xarici siyasət
İsrail Prezidenti: “Bizim əlaqələrimizin dərin kökləri var”

İsrail Prezidenti: “Bizim əlaqələrimizin dərin kökləri var”

Xarici siyasət Xarici siyasət
Fəxrəddin Altun: “Qarabağ mövzusunda Fransanın Türkiyənin cəhdlərinə dəstək verməsini gözləyirik”

Fəxrəddin Altun: “Qarabağ mövzusunda Fransanın Türkiyənin cəhdlərinə dəstək verməsini gözləyirik”

Xarici siyasət Xarici siyasət
Britaniya səfiri Azərbaycanda ən çox sevdiyi səhər yeməyinin adını açıqlayıb

Britaniya səfiri Azərbaycanda ən çox sevdiyi səhər yeməyinin adını açıqlayıb