Belçika MN: “Macarıstan Ukraynaya yardım paketini bloklayarsa, Aİ-nin “B” planı yoxdur”

Belçika MN: “Macarıstan Ukraynaya yardım paketini bloklayarsa, Aİ-nin “B” planı yoxdur”

Macarıstanın 2024-cü il fevralın 1-də keçiriləcək növbəti sammitdə Ukraynaya 50 milyard avro ayırmaq qərarını bloklayacağı halda Avropa İttifaqının (Aİ) ehtiyat planı yoxdur.

“Birxeber.Az” xəbər verir ki, bunu Belçikanın maliyyə naziri Vinsent Van Petegem “Bloomberg” telekanalına müsahibəsində deyib.

“Hazırda “B” planı yoxdur, biz ideyalar üzərində işləməliyik”, - o bildirib.

Nazirin sözlərinə görə, Aİ üçün ən yaxşı həll yolu Macarıstan da daxil olmaqla 27 üzv dövlətin hər biri ilə razılığa gəlmək üçün çalışmaqdır.