Ceyhun Bayramov: Yeni çağırışlar qarşısında türk dünyasının birliyi xüsusi önəm daşıyır

Ceyhun Bayramov: Yeni çağırışlar qarşısında türk dünyasının birliyi xüsusi önəm daşıyır

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri tarixi önəm daşıyır.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ADF2024 çərçivəsində Türk dünyasına həsr olunmuş paneldəki çıxışı zamanı bildirib.

O qeyd edib ki, tarixdə ilk dəfə olaraq seçki prosesi işğaldan azad olunmuş ərazilərdə də baş tutub.

C. Bayramov, həmçinin Türk Dövlətləri Təşkilatının Azərbaycan üçün ən vacib təşkilat olduğunu da əlavə edib. Onun sözlərinə görə, dünyada mövcud olan yeni çağırışlar qarşısında türk dünyasının birliyi xüsusi önəm daşıyır.