Azərbaycan İtaliya ilə elektrik doldurma infrastrukturunun qurulması üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan İtaliya ilə elektrik doldurma infrastrukturunun qurulması üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan İtaliya ilə təbii qaz tədarükünün artırılması və elektrik doldurma infrastrukturunun qurulması üzrə əməkdaşlıq perspektivlərini müzakirə edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Müzakirələr P. Şahbazovun İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Pichetto Fratin ilə keçirilən görüşdə aparılıb.

P. Şahbazov bildirib ki, Azərbaycan İtaliyanın ikinci qaz təchizatçısıdır.

Görüşdə, həmçinin hökumətlərarası komissiyasının iclasının keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.