Azərbaycanın basketbol millisi FIBA reytinqində 13 pillə irəliləyib

Azərbaycanın basketbol millisi FIBA reytinqində 13 pillə irəliləyib

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi FIBA-nın yenilənmiş reytinq cədvəlində 13 pillə irəliləyib.

"Report" xəbər verir ki, hesabında 80 xal olan təmsilçimiz 160 komandanın sıralamasında 105-ci pillədə qərarlaşıb.

Milli fevralda dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə İsveçrəyə 53:72 hesabı ilə uduzub, doğma meydanda Kosovoya qalib gəlib - 87:77. Yığmanın qrupdakı rəqiblərindən İsveçrə (175,6 xal) 62-ci, Kosovo (118,2 xal) 79-cu, İrlandiya (109 xal) 88-ci pillədə yer alıb.