Saatlıda avtomobil 8 yaşlı uşağı vuraraq öldürüb

Saatlıda avtomobil 8 yaşlı uşağı vuraraq öldürüb

Saatlıda avtomobil yolu keçmək istəyən az yaşlının vuraraq öldürüb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Saatlı rayonunun Qara Nuru kəndi ərazisində İmişli rayon sakini, 1991-ci il təvəllüdlü Gündüz Hacıyev idarə etdiyi "Daewoo" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən kənd sakini 2016-cı il təvəllüdlü P.Məmişovanı vurub.

Sonuncu aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.