Nazir Keniya Baş naziri ilə COP29-a hazırlığı müzakirə edib

Nazir Keniya Baş naziri ilə COP29-a hazırlığı müzakirə edib

Keniyanın Baş naziri və eyni zamanda xarici işlər və diaspora naziri Musalia Mudavadi ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.

Bildirilib ki, görüş zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin, ikitərəfli tərəfdaşlıq, o cümlədən Keniya-Azərbaycan biznes forumunun təşkili müzakirə edilib.