Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olmayacaq

Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olmayacaq

Rövnəq Abdullayev AFFA prezidentliyi üçün namizəd olmayacaq.

APA AFFA-nın saytına istinadən xəbər verir ki, o, bu barədə bu gün Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclasında bildirib.

İclasda qəbul edilən qərarlara əsasən AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı 2 aprel tarixinə təyin edilib.

Eyni zamanda, müvafiq müraciətə əsasən, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilib:

- İsmayıl Əliyev

- Esmiralda Ələkbərova (həkim)

- Gəray Qarayev

- İqor Ponomaryov

- Vaqif Sadıqov

- Maşallah Əhmədov

“Kəpəz” Futbol Akedemiyasının tikintisilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.

İclasın sonunda AFFA-nın prezidenti Rövnəq Abdullayev öz istəyi ilə aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında namizədiyini irəli sürməyəcəyini bildirib.