Rusiya ölkə tarixində həcmcə ikinci ən böyük taxıl məhsulu göstəricisini əldə edib

Rusiya ölkə tarixində həcmcə ikinci ən böyük taxıl məhsulu göstəricisini əldə edib

Rusiya tarixində ikinci həcmcə ən böyük taxıl məhsulu göstəricisini 2023-cü ildə əldə edilib və təxminən 143 milyon ton olub, yeni bölgələrlə isə bu göstərici təqribən 147 milyon ton təşkil edib.

Birxeber.Az-Economics” xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi nazir Dmitri Patruşeva istinadən öz “Telegram” kanalında paylaşım edib.

"2023-cü ilin yekunları haqqında: ölkə tarixində (həcm üzrə - red.) ikinci taxıl məhsulu əldə edilib. İlkin məlumatlara görə, bu, təqribən 143 milyon ton, yeni bölgələrlə isə təxminən 147 milyon ton təşkil edir", - paylaşımda qeyd olunur.

Xatırladaq ki, Rusiya Azərbaycanın buğda idxal etdiyi ölkələrdən biridir. Belə ki, ötən il Azərbaycana 303 milyon 983 min dollar dəyərində 1 milyon 175,3 min ton buğda idxal edilib. Bu göstərici 2022-ci illə müqayisədə həcm baxımından 9,1% və ya 117 min 655 ton, məbləğ baxımından isə 30.4% və ya 132 milyon 538 min dollar çoxdur.

Əlavə edək ki, 2023-cü ildə ölkəyə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, əvvəlki illə müqayisədə 23,4% azalaraq 439.6 manat təşkil edib.