Türkiyə XİN rəhbəri: Azərbaycanla Ermənistan münasibətlərini normallaşdırmağa çox yaxındır

Türkiyə XİN rəhbəri: Azərbaycanla Ermənistan münasibətlərini normallaşdırmağa çox yaxındır

Türkiyə XİN rəhbəri Hakan Fidan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesindən danışıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri ADF2024-ün açılış mərasimi zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan münasibətlərini normallaşdırmağa çox yaxındır.

XİN rəhbəri qeyd edib ki, bu, regional təşəbbüslərin sayəsində baş verir.

Hakan Fidanın sözlərinə görə, beynəlxalq hüquq sistemi bu kimi münaqişələrə həll yolu tapa bilmir.

Nazir onu da vurğulayıb ki, Türkiyə bir çox münaqişə və problemlərin həlli üçün aktiv və müsbət səylər göstərir.