Hakan Fidan Qəzzada baş verənlərə görə beynəlxalq hüquq sistemini tənqid edib

Hakan Fidan Qəzzada baş verənlərə görə beynəlxalq hüquq sistemini tənqid edib

Qəzzada baş verənlər beynəlxalq hüquq sisteminin işləksiz qalmasının təzahürüdür.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ADF-2024-ün açılış mərasimi zamanı bildirib.

XİN rəhbəri qeyd edib ki, hazırkı dövrdə diplomatiyaya xüsusi ehtiyac var.

Onun sözlərinə görə, Qəzzadakı qətliamların olmamasını indi atılacaq addımlar təmin edəcək.

Nazir, həmçinin Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün Türkiyə tərəfinin səylər göstərdiyini, danışıqları davam etdirmək üçün hazır olduğunu da vurğulayıb.