Ərdoğan: İslamofobiya dünyada vəba kimi sürətlə yayılır

Ərdoğan: İslamofobiya dünyada vəba kimi sürətlə yayılır

“Budəfəki Antalya Diplomatiya Forumunun əsas məqsədi böhran vəziyyətlərində diplomatiyanı önə çıxarmaqdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

“Üç gün davam edən müzakirələrin dünyaya töhfə verəcəyinə ümid edirik. Amma o qədər də ümidli deyiləm. Çünki islamafobiya dünyada vəba kimi yayılır”, - R.T.Ərdoğan söyləyib.

O vurğulayıb ki, xaoslar getdikcə artır: “Beynəlxalq nizam isə zəifləyir”.