Məktəblərə psixoloji mühit və təhlükəsizliyin gücləndirilməsi ilə bağlı təlimatlar göndərilib

Məktəblərə psixoloji mühit və təhlükəsizliyin gücləndirilməsi ilə bağlı təlimatlar göndərilib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən regional təhsil idarələrinin tabeliyindəki məktəblərdə psixoloji mühitin daha da yaxşılaşdırılması və təhlükəsizliyin gücləndirilməsi üçün müvafiq təlimatlar göndərilib.

Bunu APA-ya açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva deyib.

O bildirib ki, məktəblərdə psixoloji mühitin təşkili və uşaqların təhlükəsizliyi Agentlik üçün ən vacib və ən həssas məsələlərdəndir:

"Biz cəmiyyətdən, mediadan çox xahiş edirik ki, uşaqların yaş həddini və onların həssas durumunu nəzərə alaraq, paylaşımlar edərkən diqqətli olsunlar".