Azərbaycanla BƏƏ arasında COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib

Azərbaycanla BƏƏ arasında COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Suhail Məhəmməd Al Mazrui ilə görüşüb.

Birxeber.Az-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində paylaşım edib.

“Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Suhail Məhəmməd Al Mazrui ilə görüşdə ölkələrimizin yaşıl enerji layihələrinin icrası sahəsində uğurlu tərəfdaşlığını məmnunluqla vurğuladıq, birgə fəaliyyətin genişləndirilməsi üçün investisiya imkanları və COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri barədə danışdıq” - deyə Mikayıl Cabbarov bildirib.