Naxçıvan Dövlət Vergi Xidmətində təyinatlar olub

Naxçıvan Dövlət Vergi Xidmətində təyinatlar olub

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəis müavini təyin edilib.

APA xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sərəncam imzalayıb.

Sərəncama əsasən, Anar Vaqif oğlu İbrahimov xidmət rəisinin müavini təyin edilib, xidmətə rəis təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ona həvalə olunub.

Digər sərəncamla Müslüm Əli oğlu Cabbarzadə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini təyin edilib, xidmətə rəis təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Müslüm Cabbarzadəyə həvalə olunub.