Məcnun Məmmədov Saatlıda vətəndaşları qəbul edəcək

Məcnun Məmmədov Saatlıda vətəndaşları qəbul edəcək

Martın 7-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Birxeber.Az”un nazirliyə istinadən verdiyi məlumata görə, qəbulda vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər DAİM-ə (051-733-16-08) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.