Avropa Komissiyası Qəzzada mülki əhalinin müdafiəsinə çağırış edib

Avropa Komissiyası Qəzzada mülki əhalinin müdafiəsinə çağırış edib

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Qəzza zolağında mülki əhalinin müdafiəsinə çağırış edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Lyayen "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.

“Qəzzadan kadrlar dərin narahatlıq hissi doğurur. Baş verənlərin araşdırılması və şəffaflığın təmin edilməsi üçün hər cür səy göstərilməlidir. Humanitar yardım ehtiyacı olanların ona çıxışı təmin edilməlidir. Biz mülki şəxsləri dəstəkləyirik və beynəlxalq hüquqa uyğun olaraq onları müdafiə etməyə çağırırıq”, - paylaşımda qeyd edilib.