Pərviz Şahbazov: “COP29 ərəfəsində 760 MVt-lıq 2 stansiyanın təməli qoyulacaq”

Pərviz Şahbazov: “COP29 ərəfəsində 760 MVt-lıq 2 stansiyanın təməli qoyulacaq”

Bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində 760 MVt-lıq 2 stansiyanın təməli qoyulacaq.

“Birxeber.Az” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 2-ci iclası çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin enerji və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui ilə karbohidrogen və bərpa olunan enerjinin istehsalı-ixracı sahələrində regional əhəmiyyətli əməkdaşlığımıza dair səmərəli müzakirələrimiz olub. COP29 ərəfəsində 760 MVt-lıq 2 stansiyanın təməlini qoymağı razılaşdırdıq”, - deyə nazir qeyd edib.