ŞƏT-in müşahidəçilər missiyası Bakıya gələcək

ŞƏT-in müşahidəçilər missiyası Bakıya gələcək

Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərini izləmək üçün Şanxay Əəməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçilər missiyası Bakıya gələcək.

APA təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, dəvət Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilib.