Toivo Klaar: Azərbaycanın Aİ ilə münasibətlərdə öz gündəliyi və maraqları var

Toivo Klaar: Azərbaycanın Aİ ilə münasibətlərdə öz gündəliyi və maraqları var

"Avropa İttifaqı Ermənistan da daxil olmaqla bütün tərəfdaşlarının hansı assosiasiya və ya təşkilatlarda olmaqla bağlı qərarlarına hörmətlə yanaşır".

APA xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutan “Cənubi Qafqazda Sülh, İnkişaf və Bağlantı” adlı paneldəki çıxışı zamanı bildirib.

"Ermənistan Avrasiya İqtisadi Birliyinə qoşulmaq barədə qərarı verdi və biz təbii ki, reallığı nəzərə alaraq əməkdaşlığımızı qurmuşuq.

Gürcüstanın Aİ ilə fərqli münasibətləri var, bu ölkə daha yaxın inteqrasiyada maraqlıdır və Aİ üzvlüyünə namizəd ölkədir.

Azərbaycanın Aİ ilə münasibətlərdə öz gündəliyi və maraqları var. Biz bütün ölkələrin əməkdaşlıqla bağlı suveren qərarlarına hörmət edirik", - Klaar deyib.