Ceyhun Bayramov Burkina Fasodan olan həmkarı ilə görüşüb

Ceyhun Bayramov Burkina Fasodan olan həmkarı ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Burkina Fasonun xarici işlər və regional əməkdaşlıq naziri Karamoko Jan Mari Traore ilə görüşüb.

XİN-dən Birxeber.Az-ya verilən xəbərə görə, görüşdə nazir Ceyhun Bayramov Karamoko Jan Mari Traoreni bu yaxınlarda Burkina Fasonun xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və iki ölkə arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə hazır olduğunu bildirib.

Beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Tərəflər bir sıra istiqamətlərdə əməkdaşlıq potensialını vurğulayıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.