Deputat: COP29 çərçivəsində Azərbaycanda önəmli qərarlar qəbul ediləcək

Deputat: COP29 çərçivəsində Azərbaycanda önəmli qərarlar qəbul ediləcək

COP29-da müzakirə ediləcək mövzular bütün insanların həyatı üçün əhəmiyyətlidir.

APA xəbər verir ki, bunu "Ekoloji tarazlığın və insan hüquqlarının təminatı sahəsində vətəndaş cəmiyyətinin rolunun artırılması" mövzusunda konfransda Milli Məclisin deputatı, COP29 Təşkilat Komitəsinin üzvü Nigar Arpadarai deyib.

“Bu ilin yekununda ölkəmiz ekologiya və ətraf-mühitin qorunması mövzusuna daha çox diqqət yetirəcək. Azərbaycan bütün konvensiyalara qoşulub və üzərinə götürdüyü öhdəlikləri həyata keçirib. Bu il COP29-un keçirilməsi bu öhdəlikləri daha da artırır”, - deputat qeyd edib.

Onun sözlərinə görə, COP29 çərçivəsində Azərbaycanda önəmli qərarlar qəbul ediləcək.

“Bütün dünyanın gözü bu il Bakıda olacaq", - Nigar Arpadarai əlavə edib.