Rusiya Ukraynaya raket zərbələri endirib, ölənlər var - YENİLƏNİB
Rusiya hərbçilərinin Ukraynanın Zaporojye vilayətinin Volnyansk rayonunun yaşayış məntəqələrindən birinə raket zərbəsi endirməsi nəticəsində mülki obyektlər dağılıb, ölənlər var.
“Birxeber.Az” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının başçısı Aleksandr Starux bildirib.
Onun sözlərinə görə, üç raket mülki obyektə düşüb: “İkimərtəbəli yaşayış binası dağılıb. Dağıntılar altında insanlar qalıb. Onlardan ikisi ölüb".
Noyabrın 17-də səhər saatlarında Rusiya qoşunları Ukraynanın Kiyev, Odessa, Dnepr, Xarkov vilayətlərinə raket zərbələri endirib.
“Birxeber.Az” UNIAN-a istinadən xəbər verir ki, vilayətlərdə hava hücumundan müdafiə sistemləri işə düşüb.
Hadisənin təfərrütları hələlik məlum deyil.