NATO Rusiya ilə münasibətlərin gərginləşməsinin qarşısını alacaq

NATO Rusiya ilə münasibətlərin gərginləşməsinin qarşısını alacaq

NATO Rusiya ilə münasibətlərin gərginləşməsinin qarşısını alacaq.

“Report” “El Pais”ə istinadən xəbər verir ki, bu barədə Alyansın Baş katibinin müavini Mirça Coanna deyib.

O bildirib ki, müharibə hələ bir müddət dava edəcək: “Ona görə də Ukraynanı dəstəkləməyə davam edəcəyik”.

M.Coanna rəsmi Kiyevin nə vaxtsa NATO və Avropa İttifaqı (Aİ) üzvü olacağına əminliyini ifadə edib: “Lakin dəqiq vaxt demək mümkün deyil. Bizim niyyətimiz Ukraynanı dəstəkləməyə davam etmək və Rusiya ilə münasibətlərin gərginləşməsinin qarşısını almaqdır. Bu günə qədər kifayət qədər qənaətbəxş nəticə göstərə bilmişik”.

Baş katibin müavini həmçinin söyləyib ki, NATO-nun Ukraynaya qoşun göndərmək niyyəti yoxdur.