İlham Əliyev İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirini qəbul edib - YENİLƏNİB

İlham Əliyev İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini qəbul edib.

"Report" xəbər verir ki, Cilberto Piketto-Fratin İlham Əliyevi prezident seçkilərində qələbəsi və COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbrik etdi.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

İtaliyalı nazir bu il ölkəsinin G7 formatının rəhbəri qismində çıxış etdiyini deyərək bu əməkdaşlıq formatında COP29-a ev sahibliyi edən Azərbaycan tərəfinin G7 ölkələrinin ekologiya və mineral ehtiyatlar nazirlərinin xüsusi görüşünə qatılmasının vacibliyini bildirdi və bununla bağlı dəvəti çatdırdı.

Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunuldu, çox sayda İtaliya şirkəti, o cümlədən “Ansaldi”, “Leonardo”, “Maritexnimont” və bir sıra digər şirkətlərin Azərbaycan ilə əməkdaşlıq etməsi, işğaldan azad olunmuş ərazilərimizdə İtaliya şirkətlərinin fəaliyyət göstərməsi məmnunluqla qeyd olundu.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

11:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.