Sərdar Kılıç gələn həftə İrəvanda görüşün keçirilməsini təklif edib

Sərdar Kılıç gələn həftə İrəvanda görüşün keçirilməsini təklif edib

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Sərdar Kılıç Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyanı gələn həftə İrəvanda görüşə dəvət edib.

“Birxeber.Az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, belə bir təkliflə Kılıç Antalya vilayətində III Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda keçirilən paneldə çıxış edib.

“Sən və mən bunu sonra müzakirə edəcəyik. Nə vaxt və harada görüşəcəyimizə qərar verəcəyik. Gəlin, bunu tarixi hadisəyə çevirək”, - R.Rubinyan ona cavab verib.