Azərbaycan Ordusunun Naxçıvandakı bölmələrində məşğələlər keçirilir - VİDEO

Azərbaycan Ordusunun Naxçıvandakı bölmələrində məşğələlər keçirilir - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun birləşmələrindəki Təlim-Tədris Mərkəzlərində mövcud olan xüsusi proqram təminatına malik kompüterlər və məşq qurğularının tətbiqi ilə keçirilən məşğələlərdə komandirlərin real döyüş şəraitində bölmələri və silahları idarəetmə bacarıqları yoxlanılır, şəxsi heyətin praktiki vərdişləri təkmilləşdirilir.

Birxeber Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, şəxsi heyətin virtual təlim meydançasında qazandığı bacarıqlar səhra şəraitində təşkil olunan məşğələlərdə yerinə yetirilən tapşırıqların icra vəziyyəti ilə qiymətləndirilir.

Daimi dislokasiya məntəqələrində və təlim mərkəzlərində pilotsuz uçuş aparatı və dron heyətləri, rabitə bölmələri və reaktiv artilleriya batareyaları uzlaşmış fəaliyyətləri yerinə yetirirlər.

Çətin dağlıq şəraitlərdə anti-terror əməliyyatlarının icrasını və dağlarda praktiki döyüşü mükəmməl mənimsəmiş xüsusi təyinatlı bölmələr tərəfindən şərti düşmənin terror qruplaşmaları məhv edilir.

Mühəndis bölmələri səhra şəraitində müvafiq tapşırıqları icra edirlər.

Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzi və poliqonlarında döyüş atışlı məşğələlərə cəlb edilən tank, mexanikləşdirilmiş və motoatıcı bölmələrin hərbi qulluqçularının silah və texnika ilə davranış qaydaları, nəzəri bilikləri və praktiki bacarıqları yoxlanılır.

Məşğələlərdə zirehli tank texnikalarının ekipajları 44 günlük Vətən müharibəsində döyüş sahəsində qazanılmış təcrübəni mənimsəməklə müxtəlif manevrlərlə maneələri dəf edir və atışlar həyata keçirirlər.

Motoatıcı bölmələrin şəxsi heyətinin atıcılıq məharətinin və praktiki vərdişlərinin təkmilləşdirildiyi məşğələlərdə müxtəlif çaplı atıcı silahlardan, snayper tüfənglərindən və əl qumbaralarından atış çalışmaları yerinə yetirilir.

Şəxsi heyətin müxtəlif silah nümunələrinin tətbiqi ilə yüksək səhra bacarığı nümayiş etdirdiyi məşğələlər davam edir.

Birxeber
Sosial Sosial
2 275 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

2 275 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Sosial Sosial
Azərbaycanda pensiya yaşı azaldılacaq? - AÇIQLAMA

Azərbaycanda pensiya yaşı azaldılacaq? - AÇIQLAMA

Sosial Sosial
ARB-nin yayımı üç saatlıq dayandırılacaq -

ARB-nin yayımı üç saatlıq dayandırılacaq -

Sosial Sosial
Baş nazir əmək pensiyaları ilə bağlı qərar imzalayıb

Baş nazir əmək pensiyaları ilə bağlı qərar imzalayıb

Sosial Sosial
Buraxılış imtahanında iştirak edən 16 nəfərin nəticəsi ləğv olunub

Buraxılış imtahanında iştirak edən 16 nəfərin nəticəsi ləğv olunub

Sosial Sosial
Dövlət rüsumunun ödənilməsi ilə bağlı DƏYİŞİLİK

Dövlət rüsumunun ödənilməsi ilə bağlı DƏYİŞİLİK

Sosial Sosial
Uşaq bağçalarına qəbulun vaxtı AÇIQLANDI

Uşaq bağçalarına qəbulun vaxtı AÇIQLANDI

Sosial Sosial
Gürcüstan nümayəndə heyəti Füzuli hava limanında - FOTO

Gürcüstan nümayəndə heyəti Füzuli hava limanında - FOTO

Sosial Sosial
SOCAR prezidentinin müşaviri vəzifəsindən azad olundu

SOCAR prezidentinin müşaviri vəzifəsindən azad olundu

Sosial Sosial
Sabunçu dairəsi hər səhər niyə bağlanır? - DYP-dən açıqlama

Sabunçu dairəsi hər səhər niyə bağlanır? - DYP-dən açıqlama

Sosial Sosial
Deputat: “Vətənpərvərliyi gücləndirən amillərdən biri idman uğurlarımızdır”

Deputat: “Vətənpərvərliyi gücləndirən amillərdən biri idman uğurlarımızdır”

Sosial Sosial
Əfv Məsələləri Komissiyası 100-dən artıq müraciətə baxıb

Əfv Məsələləri Komissiyası 100-dən artıq müraciətə baxıb