"Kəpəz" futbol klubunun yeni avtobusu təqdim olunub

"Kəpəz" futbol klubunun yeni avtobusu təqdim olunub

Azərbaycan Premyer Liqasında çıxış edən "Kəpəz" futbol klubunun yeni avtobusu təqdim olunub.

"Report" xəbər verir ki, bu barədə klubun sosial şəbəkə səhifələrində məlumat verilib.

Cənubi Koreya şirkətinin istehsalı olan avtobus klubun rənglərinə uyğun bəzədilib. Üzərində isə Kəpəz dağı əks olunub.

Avtobus Futbolun İnkişaf Fondunun “Kəpəz 100k” layihəsindən yığılan maliyyə və klubun vəsaiti hesabına alınıb. Nəqliyyat vasitəsi ilə bağlı maliyyə hesabatı yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.