Antalyada “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda panel keçirilir

Antalyada “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda panel keçirilir

Türkiyənin Antalya vilayətində III Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda panel keçirilir.

“Birxeber.Az”un yerli bürosu xəbər verir ki, paneldə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsalia, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar, Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubenyan, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Sərdar Kılıç iştirak edirlər.

Tədbirdə regional əməkdaşlıq məsələləri müzakirə olunur.