Ramil Şeydayevin baş məşqçisi cəzalandırılacaq

Ramil Şeydayevin baş məşqçisi cəzalandırılacaq

Azərbaycanlı futbolçu Ramil Şeydayevin Türkiyənin “Kocaelispor” klubunda baş məşqçisi olan Ərtuğrul Sağlam cəzalandırılacaq.

“Birxeber.Az” xəbər verir ki, buna təcrübəli mütəxəssisin TFF I Liqasının XIX turunda “Eyüpspor”la oyundan sonrakı davranışı səbəb olub.

54 yaşlı çalışdırıcı 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmanın ardından mətbuat konfransında hakimlər briqadasının ünvanına xoşagəlməz ifadələr işlədib. Bu səbəbdən Nizam-İntizam Komitəsinə cəlb edilən Ərtuğrul Sağlamı diskvalifikasiya gözləyir. Həmin görüşdə təhqiramiz ifadələr işlədən “Eyüpspor”un baş məşqçisi Arda Turan da cəza alacaq.

Qeyd edək ki, “Kocaelispor” yanvarın 28-də XX tur çərçivəsində “Altay”ın qonağı olacaq. Kocaeli təmsilçisinin səfər görüşünə baş məşqçisiz çıxacağı gözlənilir.