Toivo Klaar: Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın rifahını təmin edəcək

Toivo Klaar: Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın rifahını təmin edəcək

Ermənistanla Azərbaycan arasında münasibətlərin davamlı həllinə nail olmaq çox vacibdir, çünki bu, bütün Cənubi Qafqaz regionunun rifahı üçün zəmin yaradacaq.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar III Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda panel müzakirəsində deyib.

“Hesab edirəm ki, Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsi regionun bütün ölkələri üçün həyati əhəmiyyət kəsb edir. Buna görə də biz Azərbaycan və Ermənistana vəziyyəti nizamlamaq üçün müxtəlif variantlar təklif edirik”, - o qeyd edib.

T.Klaar vurğulayıb ki, sülh dedikdə bütün tərəflərin qəbul etdiyi hərtərəfli nizamlanma nəzərdə tutulur.