Sənədsiz evlərin üstünlük təşkil etdiyi bələdiyyələrin birləşməsi prosesinə aydınlıq gətirilib

Sənədsiz evlərin üstünlük təşkil etdiyi bələdiyyələrin birləşməsi prosesinə aydınlıq gətirilib

Bakı ətrafında sənədsiz evlər çoxdur. Faktiki olaraq elə qəsəbələr var ki, orada qeydiyyatda olan, sənədli evlərin sayı cüzi olsa da, 10 minə qədər insan yaşayır.


Birxeber.Az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Səbinə Xasayeva bildirib.
Deputat bildirib ki, bələdiyyələrin birləşdirilməsi bu zaman necə tənzimlənməli olduğu aydınlaşdırılmalıdır: “Çünki layihədə birləşmə və ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol veriləcəyi qeyd edilir”.


Komitə sədri Siyavuş Novruzov suala cavabında qeyd edib ki, həmin şəxslər səsvermə hüququna malikdir: “Seçki Məcəlləsinə əsasən, bir yerdə 6 aydan artıq yaşayan şəxs qeydiyyatda olmasa da, səsvermə hüququna malikdir. Bakıda 40 dan artıq qəsəbə var. Hərəsində 40 mindən çox insan yaşayır. Bu qəsəbələrdə olan bələdiyyələr birləşəcək. Sənədsiz ev problemi hər yerdə var”.