Bölgələrdə ilk dəfə səs verəcək gənclərə bukletlər paylanır

Bölgələrdə ilk dəfə səs verəcək gənclərə bukletlər paylanır

Azərbaycan Könüllü Təşkilatları İttifaqının seçki könüllüləri bölgələrdə ilk dəfə səsvermədə iştirak edəcək gənclərə seçki prosedurları ilə bağlı maarifləndirici bukletlər paylayır.

"Birxeber.Az"un xəbərinə görə, könüllülərin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı fəaliyyəti davam edir.

“Seçki Könüllüləri” qrupu Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində yaradılıb.

Qeyd edək ki, seçki könüllüləri Naxçıvan Muxtar Respublikası, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində eyni zamanda paytaxtda da fəaliyyət göstərir.

“Seçki Könüllüləri” qrupunun məqsədi gənclər arasında seçki hüququ, seçki mədəniyyəti, seçkidə fəal iştirakı ehtiva edən vətəndaşlıq vəzifəsinin təbliğ edilməsi, xüsusilə də seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.