8 ölkə Türkiyənin ərazisinə daxil oldu

8 ölkə Türkiyənin ərazisinə daxil oldu

Aralıq dənizinin şərqində Türkiyə ilə Yunanıstan arasında gərginliyin davam etdiyi bir vaxtda Afina 8 ölkə ilə birgə bölgədə təlimlərə başlayıb.


birxeber.az xəbər verir ki, “Nemesis” adlı təlimlərdə Yunanıstanla yanaşı, ABŞ, Böyük Britaniya, Fransa və digər ölkələr iştirak edir. Təlimlərə hərbi gəmilər, qırıcılar, helikopterlər və digər hərbi texnikalar cəlb edilib. Məşqlər zamanı hərbçilər Şimali Kiprin ərazisinə daxil olaraq vəziyyəti daha da gərginləşdiriblər.
Qeyd edək ki, bölgədə Türkiyənin də hərbi gəmiləri var. Ötən həftə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankaranın bölgədə hüquqularının pozulmasına imkan verməyəcəklərini bəyan etmişdi.



www.birxeber.az