Media.az xəbər portalının altı yaşı tamam olur - VİDEO

Media.az xəbər portalının altı yaşı tamam olur - VİDEO

Bu gün Media.az xəbər portalının altı yaşı tamam olur.

"Birxeber.Az" xəbər verir ki, sayt 2018-ci il martın 1-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində populyarlıq qazanıb.

Rus dilində xəbərlər dərc edən Media.az 24 saat fasiləsiz işləyir.

Xəbər portalının direktor-baş redaktoru Cəmilə Ələkbərova bildirib ki, ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran portal geniş oxucu auditoriyasına malikdir:

"Əsas məqsədimiz oxucularımızı etibarlı xəbərlərlə operativ olaraq təmin etməkdir. Biz oxucularımız üçün çalışır, ən maraqlı və aktual xəbərləri onlar üçün paylaşırıq. Çox sağ olun ki, bizimləsiniz".

Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və videoreportajlar da dərc olunur.

Dəqiq müəyyənləşdirilmiş informasiya siyasəti, aparıcı sosial şəbəkələrdə fəal iş sayəsində Media.az Azərbaycanın media məkanında layiqli yerini tutub.

"Birxeber.Az" İnformasiya Agentliyinin kollektivi Media.az-da çalışan həmkarlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!

Daha ətraflı videomaterialı təqdim edirik: