“Real” klubunun türkiyəli futbolçusu AVRO-2024-ü buraxa bilər

“Real” klubunun türkiyəli futbolçusu AVRO-2024-ü buraxa bilər

İspaniyanın “Real” klubunun türkiyəli futbolçusu Arda Gülər bu il keçiriləcək Avropa çempionatını buraxa bilər.

“Report” xəbər verir ki, bu barədə “Football Espana” nəşri məlumat yayıb.

Bildirilib ki, Türkiyə millisinin məşqçilər korpusu futbolçunu “Real”ın heyətində ardıcıl zədələnməsi və uğursuz çıxışı səbəbindən qitə birinciliyinə aparılacaq heyətə daxil etmək istəmir. A.Gülər bu mövsüm Madrid təmsilçisinin heyətində çıxdığı oyunlarda ümumilikdə 92 dəqiqə meydanda olub.

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella bildirib ki, futbolçunun az oyun şansı qazanması və tez-tez zədələnmə riskinin yaranması onun heyətə salınmasını sual altında qoyub: “Biz onu diqqətlə izləyirik. Arda istedadlı futbolçudur. Ümid edirəm ki, o, Madrid təmsilçisinin heyətində daha çox oyunda meydanda olar. Hazırda yaxşı formada deyil. Mən isə öz növbəmdə yalnız fiziki cəhətdən formada olan oyunçuları Avropa çempionatına apara bilərəm”.

Qeyd edək ki, Arda Gülər ötən yay “Fənərbaxça” klubundan “Real”a transfer olunub. Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada təşkil olunacaq.