Komitə sədri: Mina problemi Ermənistanın Azərbaycan xalqının fundamental insan haqlarına vurduğu zərbələrin davamıdır

Komitə sədri: Mina problemi Ermənistanın Azərbaycan xalqının fundamental insan haqlarına vurduğu zərbələrin davamıdır

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc mina probleminin Ermənistanın Azərbaycan xalqının fundamental insan haqlarına vurduğu zərbələrin davamı olduğunu bəyan edib.

“Report” xəbər verir ki, “Ekoloji tarazlığın və insan hüquqlarının təminatı sahəsində vətəndaş cəmiyyətinin artırılması” mövzusunda keçirilən konfransda çıxış edən deputat qeyd edib ki, mina təhlükəsi təkcə azad edilən torpaqlara qayıdışı çətinləşdirmir, həm də yararlı və münbit torpaqların zəngin fauna və florasını məhv edir.

Onun sözlərinə görə, bu səylər Ermənistanın hərbi-müharibə cinayətlərini törədən ölkə imicinə daha bir aspektdə - ekoloji cinayətkar ölkə imicinin tanıdılması yönündə böyük imkanlar yaradacaq.

Z.Oruc vurğulayıb ki, 30 illik işğal dövründə Qarabağda törədilən gerçək “ekofaşizm”siyasətinin dünyaya tanıdılması dəymiş ziyanın ödənilməsi və cinayətkarların məsuliyyətə cəlb edilməsi baxımından ən prioritet məsələlərdəndir:

“Beynəlxalq ekoloji hüquq və cinayətlərlə bağlı təşkilatlarla münasibətlərin qurulması, trendlərin izlənilməsi, ekoloji profilli sosial şəbəkə hesablarının yaradılması, fəallığı da gündəmdə durur”.