Azərbaycana idxal edilən benzin üçün aksiz dərəcələri azaldılıb, gömrük rüsumu ləğv edilib

Azərbaycana idxal edilən benzin üçün aksiz dərəcələri azaldılıb, gömrük rüsumu ləğv edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Birxeber.Az-nın xəbərinə görə, dəyişikliyə əsasən, 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib.

Eyni zamanda qazoyllar, o cümlədən dizel yanacağı üçün aksiz dərəcəsi 80 manatdan 1 manata endirilib:

2710 12 413 0

mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miq- darı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan

ədədi ilə

1 ton üçün 200 manat (2024-cü il 31 dekabr tarixinədək – 1,0 manat)

2710 12 510 1

mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miq-

darı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə

1 ton üçün 200 manat (2024-cü il 31 dekabr tarixinədək – 1,0 manat)

2710 19 310 0

emalın spesifik prosesləri üçün qazoyllar

1 ton üçün 80 manat

2710 19 350 0

proseslərdə kimyəvi çevril- mələr üçün qazoyllar

1 ton üçün 80 manat

2710 19 421 0 –

2710 19 480 0

digər qazoyllar, o cümlədən dizel yanacağı

1 ton üçün 80 manat (2024-cü il 31 dekabr tarixinədək – 1,0 manat)

Nazirlər Kabinetinin digər qərarı ilə 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən qeyd edilən benzin və qazoyllar, o cümlədən dizel yanacağı üçün 15 faiz gömrük rüsumu ləğv edilib.

Bu Qərar 2024-cü il martın 1-dən qüvvəyə minir.