Siyavuş Novruzov: Bələdiyyə üzvlərinin sayı azaldılmalıdır

Siyavuş Novruzov: Bələdiyyə üzvlərinin sayı azaldılmalıdır

“Biz təklif etmişik ki, bələdiyyə üzvlərinin sayı azaldılsın”.

APA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, birləşən bələdiyyələr bunu həll etsə də, məsələ tam həllini tapmayıb: “Bələdiyyə üzvlərinin sayı 3-11 nəfər müəyyən olunsa, daha yaxşı olar. Eyni zamanda, siyasi partiyalar da bu prosesdə iştirak etməlidir. 1600 bələdiyyəyə 16 min adam namizəd irəli sürmək bir çox partiya üçün çətindir. 50%-də iştirak da partiyalar üçün çətinlik yaradır. Üzvlərin sayının, bələdiyyələrin sayının azaldılması siyasi partiyaların da iştirakı üçün imkan yaradacaq. Bələdiyyə seçkilərinə qədər birləşmə prosesini həyata keçirəcəyik. Azad olunmuş ərazilərdə quruculuq işləri aparılanda kəndlərin birləşməsi prosesi həyata keçirilir. Bu çox doğru addımdır. Pay torpaqları istənilən yerdə verilə bilər. Qalan hallarda yaşayış massivləri birləşdirilib, əvəzinə böyük yaşayış massivi salınmalıdır”.