Siyavuş Novruzov: Ucqar kənd yerlərində bələdiyyə seçkilərinə maraq yox idi

Siyavuş Novruzov: Ucqar kənd yerlərində bələdiyyə seçkilərinə maraq yox idi

Son seçkilərdə bələdiyyələrə insanların marağı qalmamışdı, bunu açıq deməliyik.

Birxeber.Az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Cavid Osmanov deyib.

Deputat bildirib ki, bu gün Azərbaycanda 1200 bələdiyyə dotasiya hesabına özlərini dolandırır: “Bu, dövlət büdcəsinə yükdür. Bələdiyyələrin birləşdirilməsi onların inkişafına, iqtisadi güclənməsinə səbəb olacaq. Bələdiyyələrin birləşdirilməsi onların gələcəkdə daha çox subvensiya almasına şərait yaradacaq”.

Komitə sədri Siyavuş Novruzov da bildirib ki, son seçkilərdə ucqar kənd yerlərində bələdiyyə seçkilərinə maraq yox idi: “Əsas gücü insanlar şəhər bələdiyyələrinə verilmişdi. Birləşmə funksiyası Milli Məclisə həvalə olunub”.