Prezident Aİ-nin energetika məsələləri üzrə komissarını qəbul edib

Prezident Aİ-nin energetika məsələləri üzrə komissarını qəbul edib

Prezident İlham Əliyev Avropa İttifaqının energetika məsələləri üzrə komissarını qəbul edib.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsonu qəbul edib.